24.01.2007

AZƏRBAYCANDAKI BAHALAŞMA RUSİYADA NARAHATLIQ DOĞURUB


24.01.2007. Azərbaycandakı qiymət artımından regiondakı digər ölkələr də narahatdır. Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Andrey Kerezyenkov bildirib ki, Azərbaycanla sərhədlərin möhkəmləndirilməsinə ehtiyac var. Təklifin səbəbini isə nazir müavini belə açıqlayıb.“Azərbaycanda ərzaq malları mart ayına qədər 100 faiz bahalaşacaq. Buna görə də biz sərhədləri möhkəmləndirməliyik ki, Rusiyadan bu ölkəyə ərzaq axını olmasın”. Məlumdur ki, indiyəcən Azərbaycandan Rusiyaya əsasən bir sıra meyvə-tərəvəz növləri daşınıb. Çünki məhz bu məhsullar orada daha ucuz olub. Amma belə məlum olur ki, yaxın aylarda Azərbaycanda ərzaq məhsullarının Rusiyadan daha baha olacağını qonşu ölkənin mütəxəssisləri də hesablaya biliblər.

Hiç yorum yok: