Bahalaşmaya qarşı 10 manat
Prezident kasıblara “ümid verdi”
22.01.2007. BAKI. Bu gün Azərbaycan prezidenti İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2007-ci il fevralın 1-dən 50 manat müəyyən edilib. Prezident həmçinin minimum aylıq əmək haqqının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncama görə, minimum aylıq əmək haqqı 2007-ci il fevralın 1-dən 50 manat olub. Prezidentin digər sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna 2007-ci il 1 yanvar tarixinə əmək pensiyalarının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsinə toplanan pensiya kapitalının istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun indeksləşdirilməsinin həyata keçirilməsi tapşırılıb.
“Aksiya” xatırladır ki, buna qədər minimum əmək haqqının baza hissəsi 40 manat təşkil edirdi.
Beləliklə, büdcəsi cəmi 10 manat artan təqaüdçü və ya kasıb vətəndaş təkcə, bu məbləğlə enerji daşıyıcıları və kommunal xərclərinin deyil, bütün digər məhsulların da qiymət artımını önləməlidir.

1 yorum:
İlham Əliyev də xalqla məzələnənlərə qoşuldu
Yorum Gönder