Bizim Məzəli İrəli

AKSİYAner-admin
15.01.2007.Bəxtiyar Hacıyevin həbsi və müstəqil gənclərin dərhal bu məsələyə kəskin təpgisi, toparlanaraq bir araya gələ bilməsi hakimiyyət üçün kifayyət qədər gözlənilməz oldu. Elə Bəxtiyar bəyin həbsdə olduğu üç gün ərzində YAP-ın sevimli uşaqları- İrəli Gənclər Təşkilatının tutduğu mövqe də dediklərimizin doğruluğunu bir daha sübuta yetirdi. Onlar dərhal bu birliyi pozmaq üçün dəridən-qabıqdan çıxmağa başladılar. Guya kimlərisə hadisəni siyasiləşdirməkdə, guya kimlərisə bu hadisədən xal yığmaqda ittiham etməyə qalxdılar. Daha sonra Gənclər və İdman Nazirliyi əməkdaşlarının da eyni bəyanatla çıxış etməsi, daha sonra Müdafiə Komitəsinin keçirmək istədiyi mətbuat konfransına BMM-də yer verməkdən imtina edilməsi hadisələrin bir mətbəxdən idarə olunduğunu sübuta yetirdi. Necə deyərlər, İrəli həmişə olduğu kimi yenə öz sözünü demirdi. Sabah bütün qəzetlərin və beynəlxalq təşkilatların məsələyə reaksiya verəcəyini çox yaxçı başa düşən hakimiyyət nəhayət Bəxtiyar bəyi azadlığa buraxmaq qərarına gəldi. Bəxtiyar bəyin həbsxanadan birbaşa Gənclər və İdman Nazirliyinə yollanması (bəlkə də aparılması) da bizimçün qaranlıq məslədir. Ola bilsin ki sabah buna da aydınlıq gələcək. Ola bilsin ki, sabah Bəxtiyar bəy hətta səhf etdiyini də deyəcək (amma bu, o qədər inandırıcı görünmür, daha doğrusu, bütün romantiklər kimi biz də hər şeyin yaxşı olacağına inanırıq). Amma bu, nə mübarizəmizin mahiyyətini dəyişir, nə də yazımızın mövzusu deyil. İndilikdə İrəlinin bir saat öncə tələm-tələsik yazıb-yaydığı bəyanata münasibət bildirmək istəyirik. Öncə bəyanatın bəzi məqamları ilə sizi tanış edək: "Yaxshi olardi ki, gelecekde bash vere bilecek bu cur anlashilmaz hadiselere qarshi temkin ve sebir numayish etdirek. Hem de soyuqanli olmagimiz istenilen meselenin qisa muddet erzinde helline munbit sherait yatamish olur. Amma cox tessufle onu da qeyd etmek lazimdir ki, bezi insanlar Baxtiyarin hebsinden yararlanaraq hesablarina novbeti xallari yazmaq istediler... Baxtiyarin saxlanilmasi bezi insanlarin hem de esl sifetini uze cixartdi. Teki Azerbaycanin imicine ziyan olsun devizini elde rehber tutaraq ve vetendash dushuncesinden uzaq olaraq, normal insanin atmadigi addimi atdilar..." Göründüyü kimi, İrəli həmişəki ampulasındadır. Qırmızı-qırmızı adamın üzünə dururlar. Belə çıxır ki, Bəxtiyarı hakimiyyət yox, onu müdafiə edən gənclər həbs edibmiş. Belə çıxır ki, "əsl vətəndaş mövqeyi" bahalaşmaya etiraz etmək yox, buna etiraz edən Bəxtiyarın həbsini "anlaşılmazlıq" adlandırmaq imiş. Kim idi məsələni siyasiləşdirən? Sosial durumun ağırlaşdırılmasına dinc və sivil yolla- heş bir siyasi tələb irəli sürmədən etriaz edən bizlər və Bəxtiyar, yoxsa, onu həbs edən hakimiyyət? Əgər doğrudan da, bu addım "anlaşılmazlıq" idisə, onda öz işini bilməyən, anlamayan məmurlara niyə etiraz etmir İrəli Hərakatı? Ümumiyyətlə, bu hərakat nəyəsə YOX deməyi bacarıbmı? Ümumiyyətlə, indiyə qədər nəyəsə etiraz edibmlərmi? Adını İRƏLİ qoyub, amma "Bir addım İRƏLİ, iki addım GERİ" prinsipinə sadiq qalan YAP-ın sevimli balaları qoy gəncliyin adından danışmasın. Azərbaycan adına həm Azərbaycanda, həm də beynəlxalq arenada yaxşı işlər görən də elə bizim kimi gənclərdir, həftə səkkiz mən doqquz, işi-gücü Fəxri Xiyabanda məlum yerə əklil qoymaqdan ibarət olan İRƏLİ yox! Nə isə... Onsuz da hər kəsin adı alnına yazılıb- taleh möhürü kimi...


Hiç yorum yok:
Yorum Gönder