12.01.2007

MŞ qəzetlərin qiymət məsələsini müzakirə edib


12.01.2007. BAKI. Mətbuat Şurası (MŞ) baş redaktorlarla birlikdə qəzetlərin qiymətinin artırılması ilə bağlı səslənən təklifləri müzakirə edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov Tarif Şurasının enerji daşıyıcılarının qiymətini artırmasından sonra bir neçə qəzetin vəziyyətdən çıxış yolu kimi satış qiymətini qaldırdığını, bir qismi gələn həftədən bu addımı atmağı düşünür, digər bir qisim isə, ümumiyyətlə, bu addımın əleyhinədir. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qəzetlərinin qiymətinin artırılmasının vəziyyətdən çıxış yolu olmadığını deyib. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolг ilə bağlı ya Nazirlər Kabinetinə, ya da dövlət başçısına təkliflər göndərilməlidir. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə vəziyyətin belə davam edəcəyi təqdirdə bəzi qəzetlərin bağlana biləcəyini deyib. Tədbirin sonunda səsləndirilən təkliflərin ümumiləşdirilərək MŞ-nın növbəti iclasında müzakirə olunacağını, məsələ ilə bağlı dövlət başçısına məktub ünvanlanması barədə razılıq əldə olunub.

Hiç yorum yok: