MAU tələbələrinin iddiası üzrə məhkəmə prosesi yenə təxirə salınıb
15.01.2006. BAKI. Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin iddiası üzrə Binəqədi Rayon Məhkəməsində bu günə təyin olunmuş iclas təxirə salınıb. Bu barədə APA-ya məlumatı MAU-nun keçmiş tələbəsi Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, məhkəmə tələbələrin iddiası üzrə qəbul etdiyi qətnaməni bu gün elan etməli idi: “Amma məlum olmayan səbəblərə görə iclas başlanmadan təxirə salındı”. Növbəti iclas yanvarın 18-nə təyin olunub. Xatırladaq ki, MAU-ya 2004-cü ildə qəbul olmuş 125 tələbə digər ali məktəblərə köçürülmələri ilə bağlı məhkəməyə müraciət ediblər. İddia üzrə bu vaxta qədər bir neçə məhkəmə iclası keçirilib.


Hiç yorum yok:
Yorum Gönder