12.01.2007

Maye qazın pərakəndə satış qiyməti sərbəstləşdirilib


12.01.2007. BAKI. «Azərbaycanın daxili bazarında maye qazın pərakəndə satış qiymətində müxtəlifliklə bağlı istehlakçıların narahatlığı əsassızdır. Çünki Nazirlər Kabinetinin bu ildən qüvvəyə minən müvafiq qərarına əsasən, maye qazın pərakəndə satış qiyməti sərbəstləşdirilib». Bu açıqlama APA-ya hökumətdəki mənbələrdən verilib. Maye qazın topdansatış qiymətilə bağlı Tarif Şurasının yanvarın 8-dən qüvvəyə minən qərarından sonra sahibkarlara maye qazın satışında son qiymətin formalaşmasına sərbəstliyin verildiyi bildirilir.
Tarif Şurasından APA-ya verilən məlumata görə, hazırda maye qazın 1 tonunun topdansatış qiyməti 230 manat müəyyən olunub. Bundan əvvəl isə həmin qiymət 178 manata bərabər olub.

Hiç yorum yok: