16.01.2007

Paytaxtda polis əməkdaşlarının sayı artırılıb


16.01.2007.BAKI. Son günlər paytaxtın metro stansiyalarında, əhalinin gur olduğu yerlərdə polis əməkdaşlarının sayının artırılması müşahidə olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya bildirib ki, polis əməkdaşlarının sayının artırılması bayram günləri və dövlət əhəmiyyətli tədbirlərlə bağlıdır. E.Zahidovun sözlərinə görə, Qurban bayramı, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün üst-üstə düşməsi ilə əlaqədar Bakıda silsilə bayram tədbirləri keçirilib: “Qarşıdan isə 20 Yanvar - ümummilli hüzn günü gəlir. Bu münasibətlə də bir sıra dövlət əhəmiyyətli tədbirin keçirilməsi nəzərdə tutulur. Polis ictimai asayişi, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ötən ilin sonundan gücləndirilmiş iş rejiminə keçib. Bu rejim hələ davam edir”.
Əhali arasında isə bunun səbəbləri kimi, son bahalaşmaya əhalinin ehtimal olunan kütləvi narazlıqılara hazırlıq olması ilə bağlı xəbərlər dolaşır.

Hiç yorum yok: