22.01.2007

ADP mitinq taktikası üzərində baş sındırır

22.01.2007. BAKI. Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin yanvarın 27-də keçiriləcək iclasında partiyanın mitinq taktikası ilə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-ya Ali Məclisin sədri Akif Şahbazov məlumat verib. İclasın gündəliyinin hazırlandığını bildirən A. Şahbazov burada həm mitinq, həm də ADP-nin YAP-la əməkdaşlığı məsələsinin xüsusi müzakirə ediləcəyini bildirib: “Əməkdaşlıq üçün YAP-a müraciət etmək və bunun ardınca mitinq keçirmək qərarı vermək bir-birinə tamamilə zidd addımlardır. Belə addımlarla heç bir hakimiyyət müxalifətlə dialoqa getməz. Ona görə də mən hesab edirəm ki, bu təzadlı qərarlardan imtina etməli və mitinq taktikamıza yenidən baxmalıyıq”. A. Şahbazov hesab edir ki, ADP digər partiyaların mitinq taktikalarından fərqli qərar qəbul etməlidir.

Hiç yorum yok: