Rayonlar ayağa qalxdı!
Ağsuda və Salyanda isə etiraz aksiyası
20.01.2007. Ağsu rayonunda elektrik enerjisinin və qazın qiymətlərinin artırılmasına etiraz olaraq mitinq keçirilib. «Trend»in məlumatına görə, 500 nəfər rayon sakini Qazax-Bakı avtomagistralını bağlayıb. Ağsu rayonunun polisləri aksiyanın keçirilməsinə maneçilik törətmək istəsələr də, mitinq saat 09.00-dan 15.00-dək davam edib. Polis əməkdaşları Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin üzvü Rafiq Günəşlini, Xalq Cəbhəsi Partiyasının (klassiklər) üzvü Vəkil Atakişiyevi və bir neçə Ağsu sakinini saxlayaraq polis bölməsinə aparıblar. Onların hər biri 30 manat cərimə olunduqdan sonra sərbəst buraxılıblar. Aksiya təşkilatçıları müddətsiz aksiyalara başlamaq haqqında qərar qəbul edib.
Yanvarın 19-da Salyan şəhərinin 20 Yanvar kuçəsinin sakinləri də eyni səbəblərlə etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından Siyasət Əliyevin verdiyi məlumata görə, yaşadıqları küçədə üç gündür evlər tamamilə işıqsız qalıb. O deyib ki, rayon elektrik şəbəkəsinə yeni təyin edilmiş müdir işıqların yandırılması üçün hər evdən 18 manat tələb edir. Şəhər sakinlərinin dediyinə görə, onların mənzillərində sayğac quraşdırılmadığından hər ay 6 manat pul ödəməli olurlar. İndi isə elektrik şəbəkəsindən bu məbləğin az olduğu bildirilir.
Şəbəkə müdiri Sultan Heydərov «20 Yanvar» küçəsindəki evlərin enerji pulunu ödəmədiyi üçün işığının kəsildiyini təsdiqləsə də, hamıdan eyni məbləğin tələb olunmadığını bildirib. Onun sözlərinə görə, sakinlər yalnız pulu ödədikdən sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Hiç yorum yok:
Yorum Gönder