YAP-ın Dəyirmi Masasında Heydər Babayev tənqid olundu
18.01.2007. Bu gün Yeni Azərbaycan Partiyası «Park İnn» otelində bir sıra enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması ilə bağlı dəyirmi masa keçirib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı qərarı cəmiyyət tərəfindən anlaşılan qarşılanıb (oxu: xalq bayram edir). «Ancaq bəzi siyasi qüvvələr bundan sui-istifadə etmək istəyir» (oxu: Ayıb olsun müxalifətə! Niyə qiymətləri aşağı salmırlar? Hara baxır İsa qəmbər və başqaları?...) Ə.Əhmədov Tarfi Şurasının qərarının sürətli iqtisadi inkişafın (oxu: Azərbaycan iri addımlarla irəliləyir!.. Uçuruma doğru!)obyektiv zərurətindən irəli gəldiyini bildirib. «Qərarın mahiyyəti cəmiyyətə düzgün çatdırılmalı və bundan sui-istifadə edən siyasi qüvvələrin cəhdlərinin qarşısının alınması mühümdür» deyə o, qeyd edib.
Tarif Şurasının katibi Elşən Əsədov qiymətlərin qaldırılması üçün indiki vaxtın seçilməsini düzgün adlandırıb (oxu: Prezident məzuniyyətdə, havalar soyuq, müxalifət bir-birini qırır- bundan da yaxşı vaxt?).
Tarif Şurasının katibi Elşən Əsədov qiymətlərin qaldırılması üçün indiki vaxtın seçilməsini düzgün adlandırıb (oxu: Prezident məzuniyyətdə, havalar soyuq, müxalifət bir-birini qırır- bundan da yaxşı vaxt?).
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə sevindiyindən əl götürüb oynamışdır. Onu zorla sakitləşdirən iqtisad elmləri doktoru Səttar Səfərov qiymətlərin artırılmasını dəstəklədiyini bildirib. Daha sonra iki gün öncə mətbuata məsələ ilə bağlı açıqlama verən Heydər Babayevin dediklərini o ki var tənqid etmişdir: "Tarif Şurasının qərarı qiymət islahatı kimi izah edilməməlidir. Qiymətlərin artımı əhalinin əmək haqlarının artımı ilə düz mütənasib olmalı və tədricən həyata keçirilməlidir. Azərbaycan hökuməti büdcəni qiymət artımı hesabına doldurmamalıdır».
Bu çıxışdan sonra bütün YAP-çıların ona tərs-tərs baxdığını görən alim demişdir: "Zarafat edirdim".
Hiç yorum yok:
Yorum Gönder