15.01.2007

ADP «Azadlıq» blokundan çıxarılacaq


15.01.2007. Gələn həftənin əvvəllərində Azərbaycan Demokrat Partiyası (ADP) «Azadlıq» blokundan çıxarılacaq. Bu barədə qərar bazar ertəsi «Azadlıq» blokunun Sədrlər Şurasının toplantısında verilə bilər. Əldə etdiyimiz məlumata görə, sözügedən qərarın çıxarılmasını Azərbaycan Vətəndaş və İnkişaf, Azərbaycan Liberal və Azərbaycan Xalq Cəbhəsi partiyalarının sədrləri dəstəkləyəcəklər. Belə bir qərarın çıxarılması isə son vaxtlar ADP-nin hakimiyyətlə yaxınlaşması, eləcə də bu partiyanın bəzi funksionerlərinin-Yaqub Abbasov, Akif Şahbazov və s. «Azadlıq» bloku və AXCP sədri Əli Kərimli barədə səsləndirdiyi sərt tənqidlərlə əsaslandırılacaq.

AKSIYA

Hiç yorum yok: