15.01.2007

«Mediaforum» niyə bağlanmışdı?

15.01.2007. Bu gün günün ikinci yarısından başlayaraq, «Mediaforum» saytına giriş bağlanıb. Yalnız axşam saatlarında - gecə saat 22.30-da mütəxəssislərin müdaxiləsindən sonra saytın fəaliyyətini yenidən bərpa etmək mümkün olub. «Mediaforum»un təsisçisi Azər Qaraçənli «Aksiya»ya açıqlamasında saytın qeyri-aktiv olmasını texniki səbəblərlə izah edib. Onun sözlərinə görə, bir neçə gün öncə «Mediaforum»un e-mail ünvanı da bağlanıb. Azər bəyin saytın bağlanmasını texniki səbəblərlə əlaqələndirsə də, son günlər ölkədə müstəqil saytların fəaliyyətinin davamlı olaraq qapadılması və Azərbaycanın İnternet məkanının hakimiyyət tərəfindən nəzarətə götürülməsi cəhdlərinin fonunda bu, kifayət qədər müəmmalı görünür.

Qeyd edək ki, ötən il «Mediaforum» saytı naməlum xakerlər tərəfindən dağıdılıb və nəticədə saytın həmin vaxta qədərki arxivini bərpa etmək mümkün olmayıb.

Hiç yorum yok: