“Azadlıq” blokunun liderlərini polis saxladı
26.01.2007. BAKI. “Azadlıq” blokuna daxil olan partiyaların üzvləri bu gün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) binası qarşısında icazəsiz piket keçirməyə cəhd göstəriblər. APA-nın məlumatına görə, aksiya təyin olunan vaxtdan əvvəl Çevik Polis Alayının və Xətai rayon Polis İdarəsinin əməkdaşları ərazini nəzarətə götürüblər. Aksiyanın təyin olunduğu vaxta blok üzvləri “Bahalaşmaya yox!” şüarı ilə dövlət komitəsinin binasına yaxınlaşmaq istəyiblər. Lakin polislər onların bir hissəsini saxlayıb, digər hissəsini isə ərazidən uzaqlaşdırıb. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, AXCP funksionerləri Fuad Qəhrəmanlı və Həsən Kərimov polis tərəfindən saxlanıb. Təxminən yarım saat blok üzvləri ayrı-ayrılıqda şüarlar səsləndiriblər.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli jurnalistlərlə söhbətində bildirib ki, aksiya saksiyalaşdırılmadığı üçün qarşısı polis tərəfindən qətiyyətlə alınıb. O, aksiya zamanı 10-15 nəfərin saxlanıldığını və onlarla bağlı məhkəmənin qərar verəcəyini bildirib.

Hiç yorum yok:
Yorum Gönder