28.01.2007

NETÇALADA ETİRAZ AKSİYASI

Yanvarın 26-da Neftçala rayonunda Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına etiraz piketi keçirilib. Saat 12:00-da Rayon İcra Nümayəndəliyinin qarşısında 40 nəfərin iştirakı ilə keçirilən etiraz piketi Azərbaycan Yolu Siyasi Hərəkatının Neftçala rayon təşkilatının təşkilatçılığı ilə baş tutub.
Aksiya iştirakçıları əhalinin sosial-iqtisadi durumun ağır olduğu bir vaxtda, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılmasına etazlarını bildirərək, qiymət artımında sonra hökumətin gördüyü tədbirlərin yaranmış duruma təsir etməyəcəyini qeyd ediblər. Piket iştirakçıları hökumətdən təxirəsalınmaz tədbirlər görməyi tələb ediblər.
İnsidentsiz ötüşən aksiyanın sonunda qətnamə oxunub. AYSH-nin Neftçala rayon təşkilatının sədri Alik Hümbətov piketin qətnaməsini rayon icra nümayəndəliyinə təqdim edib.
Yanvarın 31-də AYSH-nin Ağstafa rayon təşkilatı da saat 11:00-dan 13:00-a kimi mitin keçirmək məqsədi ilə rayon icra hakimiyyətinə məktubla müraciət edib. Məktubda rayon icra hakimiyyətindən enerji daşıyıcılarının qiymətlərinin bahlaşamasına etiraz olaraq mitinq keçirmək üçün rayonun təklif olunun 3 ərazisindən birində yer ayrılması istənilib. AYSH-nin Ağstafa rayon təşkilatının rəhbərliyi mitinqin kütləviliyinin təmin edilməsi üçün rayonda fəaliyyət göstərən digər siyasi qurumların yerili təşəkilatları ilə məsləhətləşmələr aparılır.


Hiç yorum yok: