BMM-də icazəsiz mətbuat konfransı
16.01.2007. Əvvəlcədən BMM-də keçirilməsi planlaşdırılan və sonradan heç bir izahat vermədən BMM-in imtina etdiyi mətbuat konfransı bu gün baş tutdu. Belə ki, www.susmayaq.biz saytının təsisçisi olan Bəxtiyar Hacıyevin Huquqlarının Müdafiə Komitəsinin briffingi bu gün saat 2:00-da BMM-in qarşısında keçirildi. Elə ayaqüstü jurnalistlərə müsahibə verən komitə sədri Ramin Hacılı konkret olaraq Bəxtiyar Hacıyevin azadlığa çıxmasını yerli və xarici təşkilatların təyziqinin nəticəsində mümkün olduğunu bildirdi. Bununla belə Ramin Hacılı Bəxtiyar Hacıyevin həbsini söz azadlığına növbəti basqı kimi dəyərləndirib.
"Bəxtiyar Hacıyevin azadlığa çıxması ilə kifayyətlənib, dayanmaq olmaz.Bundan sonra daha da aktiv işləyib, Tarif Şurasınn qiymət artımına öz etirazımızı bildirməklə yanaşı yeni-yeni veb saytlar da açmağı planlaşdırırıq" deyə Hacılı media üçün açıqlamasında bildirib.
Qeyd edək ki yaxın günlərdə Bəxtiyar Hacıyevin Huquqlarının Müdafiə Komitəsi JAZZ CLUB da saytın təsisçisi başda olmaqla mətbuat konfransı keçirəcək. Konfransda bütün qaranliq məsələlərə aydınliq gətirləcək.Huquqmüdafiəçilərinin və digər ictimai şəxslərin iştirakı ilə keçiriləcək konfrans barədə xəbəri saytımızda gözləyin.
Hiç yorum yok:
Yorum Gönder