15.01.2007

Bəxtiyar Haciyevin Müdafiə Komitəsinin Pres-relizi

15.01.2007. Yanvarın 6-da Tarif Şurasının enerjidaşıyıcılarının və kommunal-təsərrüfat xərclərinin qiymətlərinin qaldırılması ilə bağlı qərarına etiraz əlaməti olaraq yanvarın 8-də yaradılan www.susmayaq.biz saytı bir gün sonra Azərbaycan hakimiyyəti tərəfindən qanunsuz olaraq bağlandı. Sayt məlum qərarı etiraz əlaməti olaraq prezidentə müraciət etmək üçün imzatoplama kampaniyası həyta keçiriridi. Bundan əlavə saytda SMS və Siqnal kampaniyalarını həyata keçirmək təklif olunurdu. Belə ki, təklifə görə, şəhər sürücüləri günün müəyyən saatlarında qərara etiraz olaraq kütləvi sürətdə siqnal verməliydilər. SMS kampaniyası isə Siqnal kampaniyasını SMS-lə insanların bir-birinə yaymaq çağırışından və saytın reklamından ibarət idi.
Sayt cəmi bir gün ərzində böyük rezonans doğurdu. Bundan narahat olan hakimiyyət dairələri qanunsuz olaraq Azərbaycanda fəaliyyət göstərən internet provayderləri və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əli ilə saytı yanvarın 9-da bağladı.
Daha sonra bir neçə gün ərzində saytın qurucusu Bəxtiyar Hacıyevə və ailəsinə mənəvi təzyiqlər edilməyə başladı.
Nəhayət yanvarın 13-də Nərimanov Rayon Polisi B.Haciyevi kirayə qaldığı evdən həbs edərək, polis bölməsinə aparıb.
Bütün gecəni B.Haciyevi polis bölməsində saxlayaraq, yanvarın 14-də (bazar günü) Nərimanov Rayon Məhkəməsinə aparılmış və orada tələsik məhkəmə iclası keçirərək, barəsində 12 sutkalıq həbs cəzası çıxarılıb.
B.Hacıyevin hansı səbəblər üzündən həbs edilməsi, məhkəmədə vəkillə təmin edilib-edilməməsi, habelə hal-hazırda harada saxlanması barədə heç bir məlumat verilmir. Dünən axşam saatlarında Bəxtıyar Hacıyevin Müdafiə Komitəsinin üzvləri Ramin Hacılı və Təbriz Cabbarov məlumat almaq üçün Nərimanov Rayon Polis İdarəsinə getsələr də, burada onlara qarşı çox kobud davranaraq, hər hansı məlumat verməkdən imtina ediblər.
Artıq müdafiə komitəsi həbslə bağlı beynəlxalq təşkilatları və Avropa Şurasını məlumatlandırıb.
Bu gün “Azadlıq” radiosunun əməkdaşı və hüquq müdafiəçilərinin iştirakı ilə müdafiə komitəsinin üzvləri Nərimanov Rayon Polis idarəsinə gedərək, məlumat almağa, həmçinin B.Hacıyevlə ğörüşməyə çalışacaqlar.
Müdafiə Komitəsi B.Haciyevə hansısa işgəncələr verilə biləcəyi ehtimalından narahatdır.
Sabah, yanvarın 16-da saat 14.00-da BMM-də Müdafiə Komitəsinin geniş mətbuat konfransı keçiriləcək.
Hadisəylə bağlı gün ərzində yeni məlumatları aşağıdakı internet səhifəsindən - www.aksiya2007.blogspot.com – əldə etmək olar.

Müdafiə Komitəsi
Ramin Hacılı

əlaqə telefonu 050-512-86-38

3 yorum:

AKSİYA dedi ki...

Mudafi Komitesini alqishlayiram. Sukani bele saxlayin!

Adsız dedi ki...

artiq bir blog var azadsoz.livejournal.com ...

Adsız dedi ki...

Salam, həmfikirlər

Gördüyünüz işləri tam şəkildə dəstəkləyir və yaxın zamanda manda sizə saytla qoşulmaq niyyətindəyəm.

Amma sizdən xahiş edirəm, ki yerləşdirdiyiniz yazılarda URL, yani keçidlərin düzgün olduğuna diqqət yetirəsiniz.
Saytların bloklandığı bir vaxtda yalnış ünvanlar camahatı lap çaşdırar.

Hamımıza uğurlar.
Emin