15.01.2007

Bəxtiyar Hacıyevin Müdafiə Komitəsi yaradıldı


15.01.2007.Yanvarın 13-də həbs olunaraq, bir gün sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 12 sutklıq həbs cəzası verilən Bəxtiyar Hacıyevin Müdafiə Komitəsi (MK)yaradıldı.
Müdafiə Komitəsinin sədri Ramin Hacılıdır (DİP Gənclər Təşkilatı). Emin Milli, Təbriz Cabbarov (AlumniNetWoork-un həmtəsisçiləri), Emin Hüseynov (Məqam Gənclər Hərakatının koordinatoru), Ülvi Həsənli (Dalğa Gənclər Hərkatının sədri), Abbas Atilay (Norveç), Həbib Müntəzir və Qurban Ələkbərov (Almaniya), Azər Əhmədov (ABŞ) və başqaları daxildir.
Artıq MK beynəlxalq təşkiltları həbslə bağlı məlumatlandırıb. Bu gün isə MK jurnalistlər və hüquq müdafiəçiləri ilə birlikdə B.Hacıyevin saxlandığı Nərimanov Rayon Polis İdarəsinə gedilərək, rəsmən B.Hacıyevin həbsinin səbəbləri barədə məlumat istəniləcək.
Sabah isə geniş mətbuat konfransı keçiriləcək.

1 yorum:

Unknown dedi ki...

Azerbaycanda hec bir demokratiya yoxdur ve olmayacag. Yuharda oturanlar ne isteyirler eliya bilirlar, heresi ozuncun olkede mulk bolub ozelleshdiribler. Hele bir dadaleri tikib buyurublar. Ay millet yatmayin, galhin, daha ne geder bular bizim bashimiza.......