susmayaq.biz saytının yaradıcısı həbs olundu
Bəxtiyar Hacıyevə 12 sutkalıq həbs verildi
14.01.2007. Yanvarın 6-da Tarif Şurasının enerjidaşıyıcılarının və kommunal-təsərrüfat xərclərinin qiymətlərinin qaldırılması ilə bağlı qərara etiraz əlaməti olaraq yaradılan www.susmayaq.biz saytı iki gün keçməmiş Azrəbaycan hakimiyyəti tərəfindən qanunsuz olaraq bağlandı. Sayt məlum qərarı kəskin tənqid etdiyinə və sadə insanları ictimai etiraza səslədiyinə görə, onun bağlanması geniş rezonans doğurdu. Artıq bir neçə nüfuzlu beynəlxalq təşkilatlar və yerli QHT-lərin məsələ ilə bağlı kəskin bəyanatı yayılıb.
Dünən isə Nərimanov Rayon Polisi saytın yaradıcısı, həm də AİESEC (İqtisadi və İdarəetmə Fakültələrinin Beynəlxalq Birliyi) tələbə təşkilatının Azrəbaycan üzrə rəhbəri Bəxtiyar Hacıyevi həbs etmişdir.
Bu gün isə Nərimanov rayon məhkəməsiB.Hacıyevə 12 sutka həbs cəzası kəsib. Həbslə və məhkəmə ilə bağlı, həmçinin BşHaciyevin taleyi haqqında məlumat almaq üçün Nərimanov rayon polis idarəsinə müraciət edən bir qrup gənc polislər tərəfindən kobudluqla qarşılanıb və heç bir məlumat verilməyib.
Xatırladaq ki, bir zamanlar Təhsildə Rüşvətsiz Bir Gün -Təhsildə Rüşvətə YOX deyək- kompaniyasının təşkilatçısı olan Bəxtiyar Hacıyev etiraz piketi keçirdərək də həbs olunmuşdu. Ondan sonra İqtisadi və İdarəetmə Fakültələri Tələbələri Beynəlxalq Birliyinin Azərbaycan nümayəndəliyi sədri seçilib. Hətta onun üçün Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin dəstəyi ilə təqdimat də ziyafəti keçirilib. Təhsil Naziri Misir Mərdanov, eks Gənclər, İdman və Turizm Naziri Əbülfəs Qarayev, Millət Vəkili Qənirə Paşayevanın dəstəyi ilə keçirilən tədbirdə müxtəlif xarici nümayəndələr də iştirak etmişdi. Daha sonra BMT-nin Baş Assambleyası Gənclər üçün Ümumdünya Fəaliyyət Proqramının 10 illik keçmişinə nəzər salmaq üçün növbəti iclasında da çıxış etmişdir. İndi isə bir kiçik, 3 səhifəlik sayta görə Azərbaycan tələbələrini Avropada təmsil edən bu gənc dostumuzu həbs ediblər!
2 yorum:
Bextiyara destek olmaq lazimdir
Bextiyara destek olmaq lazimdir
Yorum Gönder