Ermənilər İTV-nin saytını dağıtdılar
22.01.2007.Bu gün özünü erməni, həm də Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçisi kimi təqdim edən hakerlər Azərbaycanın İctimai Televiziyanın saytını (www.itv.az) dağıdıblar.
«Media forum» saytı «Analitikia.az» saytına istinadən xəbər verir ki, İTV-nin internet səhifəsi indiyədək işləmir və səhifədə hakerlər rus dilində, «Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyinə qeyri-rəsmi xəbərdarlığı» başlığı altında xəbərdarlıq da yerləşdiriblər.
Xəbərdarlıqda bildirilir ki, son vaxtlar bir Azərbaycan hakeri Ermənistanın dövlət saytlarına və elektron poçtlarına müdaxilələr edir. Xəbərdarlığı yazanlar həmin şəxsin adını, soyadını bildiklərini və lazım gəlsə, fotoşəklini də yaymağa hazır olduqlarını deyirlər. Xəbərdarlığın müəllifləri müdaxilələrin dayanmayacağı təqdirdə həmin hakeri fiziki cəhətdən məhv edəcəkləri ilə hədələyirlər.
Məsələ ilə bağlı «Media forum» saytı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzininin rəhbəri Arif Babayev bu məsələyə ciddi yanaşmamağı tövsiyə edib. Bununla belə o, MTN-in müvafiq araşdırmalar aparacağını da vurğulayıb.

İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədovun dediyinə görə, o, http://www.itv.az/ saytının dağıdıldığını bu gün səhər işə gələndə, təxminən saat 9.05-də sayta daxil olarkən bilib.
T.Məmmədovun sözlərinə görə, məsələdən xəbər tutan kimi mütəxəssislər saytın bərpası ilə məşğul olmağa başlayıblar. Hazırda onlar saytın bərpası ilə yanaşı hakerlərin «İtv.az»a hansı nöqtədən hücum etdiklərini də araşdırırlar.
«Bizim sayt ən müasir təhlükəsizlik proqramları ilə qorunur» deyən T.Məmmədov qeyd edir ki, indiyədək «İtv.az»da belə bir hal olmayıbmış: «Tək bir dəfə xırda texniki problem yaranmışdı».
T.Məmmədovun fikrincə, saytın ana səhifəsində Qarabağla bağlı bannerlərin, «Xəbərlər» bölməsində Qarabağ probleminə dair faktların yerləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və tez-tez İTV-də efirə verilən, BMT qətnamələrinə istinadən hazırlanmış mətnin səsləndirildiyi şəkildə, xüsusi banner vasitəsilə ictimaiyyətə çatdırılması və s. erməni hakerlərinin «İtv.az»a hücumunu mümkün edir: «Ola bilər ki, həqiqətən də saytı erməni hakerləri dağıdıb. Hazırda məsələni dəqiqləşdirmək istiqamətində iş görülür. Amma bildiyiniz kimi, belə məsələləri dəqiq öyrənmək xeyli vaxt aparır».Mətbuat xidmətinin rəhbəri http://www.itv.az/ saytının fəaliyyətinin günün ikinci yarısında artıq bərpa olunacağına ümidvardır.

Hiç yorum yok:
Yorum Gönder