Etirazçı taksi sürücüləri cəzalandırılacaq?
13.01.2007. "Star" taksi şirkətinin rəhbərliyi bir sıra tələblərlə 400-dən çox sürücünün müəssisənin binası qarşısında keçirdiyi xəbərdarlıq tətilinin təşkilatçılarının tapılması barədə qaraj müdirlərinə göstəriş verib. Taksi sürücüləri «Turan»a bildiriblər ki, şirkətə gündəlik planı ödəməyə gələn sürücülərlə profilaktik söhbətlər aparılır.
«Sürücülərdən tələb olunur ki, tətilin təşkilatçılarının adını desinlər, əks təqdirdə cəza tədbirləri görüləcək. Biz gündəlik planın köhnə qaydada qalmasını alqışlayırıq, lakin digər hüquqlarımızın da pozulmasına heç cür yol verə bilmərik. Bu məqsədlə gələcəkdə taksi sürücülərin müdafiə komitəsi və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfedirasiyasına üzvülük üçün müraciət etməyi planlaşdırırıq» deyə taksi sürücüləri bildirib.
«Star» taksi şirkətinin rəhbəri Həmid Abbasov isə bildirib ki, müəssisədə xəbərdarlıq tətilinin təşkilatçılarının axtarılması barədə yayılan söhbətlər yalandır.
Qeyd edək ki, dünən «Star» taksi şirkətinin 400-dən çox sürücüsü gündəlik planın qaldırılmaması, əmək müqaviləsinin bağlanması, nəqliyyat vasitələrinin sığortalanması, təmir üçün ehtiyat hissələrinin pulsuz və ya ucuz verilməsi və digər tələblərə xəbərdarlıq tətili keçiriblər. Şirkət paytaxda İran istehsalı olan «İranko samand» markalı 520 ədəd (bəziləri Azərbaycanda yığılıb) minik avtomobili ilə taksi xidməti göstərir.
Hiç yorum yok:
Yorum Gönder