14.01.2007

Bahalaşmaya etirazın miqyası böyüyür


Dəmiryolçular maaşlarının artırılmayacağı təqdirdə tətillərə başlayacaq

14.01.2007.Tarif Şurasının enerji daşıyıcılarının, nəqliyyat və kommunal xərclərin qiymətlərinin artırılmasına etirazlar güclənməkdədir. Artıq Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDYİ) işçiləri də bahalaşmaya etiraz olaraq tətilə hazırlaşır. Bu barədə dünən "Alma"ya ADDYİ-dəki mənbələrdən məlum olub. Dəmiryolçular iddia edir ki, məvacibləri aşağı olduğundan, hökumətin bahalaşma qərarından sonra gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkirlər. Buna görə də indi onlar maaşlarının qaldırılmasını tələb edir. Dəmiryolçular məvaciblərinin artırılması üçün prezidentə müraciət etmək fikrindədirlər.
Artıq bu məqsədlə imza toplanılmasına da başlanıb. Mənbə qeyd edir ki, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dəmiryolçular tətilə başlayacaqlar. İnformasiyanı dəqiqləşdirmək üçün ADDYİ rəisinin müavini Əlirza Süleymanovla əlaqə saxlamağa çalışdıq. Amma rəis müavinin köməkçisi Əlirza müəllimin gün ərzində işdə olmayacağını bildirdi.

Hiç yorum yok: