Gənclərə qarşı daha bir ayrı-seçkilik!!!
Bizi Kamaza yükləyib Xəzərə boşaltmaq lazımdır
AKSİYAner
24.01.2007. İpoteka kreditləşməsinin şərtləri dəyişdi. Prezidentin fərmanına görə, daha çox güzəşti nəzərdə tutan “sosial yönümlü” ipoteka kreditlərindən gənclərdən yalnız idmanşılar bəhrələnə bilər. Yenə idmançılar!
Mənim idmançılara qarşı heç bir qərəzim olmasa da, amma anlaya da bilmirəm- nədən hakimiyyət idmançılara bu qədər stavka edir?
Nədən bu şərtlərdən bir idmançı qədər hansısa uğurlara imza atan bəstəkar, yazıçı, jurnalist və gəncliyin hər hansı digər təbəqəsi bəhrələnə bilməsin? Nədir bunun səbəbi?
Nədən Azərbaycanın gəncliyinin intellektual kəsiminə qarşı, yumşaq desək, bu qədər laqeyd davranılır?
Bəs yaxşı oxuyan ailəli tələbələr?
Bəs ictimain fəaliyyətlə məşğul olub, Azərbaycanın inkişafı üçün tər tökən gənclər?
Bəlkə elə biryolluq hmısını Kamaza yükləyib Xəzərə tökək?
Hakimiyyətin də canı dincəlsin…
1 yorum:
Beynelxalq Elm Olimpiadalarinda qizil medal alan mekteblilerimiz var. Onlar da yaddan cixdi, her zaman oldugu kimi. :(
Derin hormetle,
Baxtiyar Haciyev
Yorum Gönder