«MÜXALİFƏT VAXTINI İSVEÇRƏ KURORTLARINDA KEÇİRMİR»
İsa Qəmbər bahalaşma qərarının arxasında İlham Əliyevin özünün durduğunu bildirdi
24.01.2007. «Tarif Şurasının qiymət artımı ilə bağlı qərarını dəstəkləməklə İlham Əliyev bu qərarın arxasında özünün durduğunu cəmiyyətə birmənalı olaraq təsdiqləyib».
Müsavat Partiyasının başqanı İsa Qəmbər bunu «Turan»ın müxbirinə söyləyib. O bu qərarla ölkə iqtidarının sosial inkişafla bağlı konsepsiya və proqrama malik olmadığını, ölkədə korrupsiyanı gücləndirməklə məşğul olduğunu göstərib. Əliyevin müxalifətin ünvanına dediyi fikirlərə münasibət ifadə edən İ.Qəmbər dövlət başçısı olan şəxsin çıxışında bu qədər yalan danışmasına təəssüf etdiyini deyib. O, deyib ki, «müxalifət Azərbaycanın uğurlarına sevinir, ağrılarını isə xalqla birgə yaşayır, vaxtını İsveçrə kurortlarında yox, xalqın içində keçirir».
İ.Əliyevin çıxışında müxalifətin fəaliyyətinə yer ayrılması məsələsinə toxunan İ.Qəmbər dövlət başçısının bir tərəfdən müxalifəti zəif saymasını, digər tərəfdənsə ona belə diqqət yetirməsini ziddiyyət adlandırıb. Onun fikrincə, İ.Əliyev xalqın müxalifətin çağırışlarına qoşulacağından ehtiyat edərək yersiz çıxışlar edir və bununla da cəmiyyətə tutduğu mövqeyi aydınlaşdırır, cəmiyyətin qərar qəbul etməsini asanlaşdırır.
Hiç yorum yok:
Yorum Gönder