İLHAM ƏLİYEV YENƏ AZƏRBAYCANI TƏRK ETDİ
Gəldi, bahalaşmanı dəstəklədi və qayıtdı
24.01.2007. Azərbaycan prezidenti İlham Əliyev bu gün Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yola düşəcək. Bu barədə «Turan»a Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, dövlət başçısının səfəri yanvarın 27-də başa çatacaq. Forum çərçivəsində Azərbaycan prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə görüşləri də nəzərdə tutulur.
Xatırladaq ki, yaxın gələcək üçün İlham Əliyevin yeni xarici səfərləri planlaşdırılır.
Hiç yorum yok:
Yorum Gönder