17.01.2007

Ölkədə hakimiyyət çevrilişinə hazırlıq


MTN 17 nəfəri həbs etdi

17.01.2007. BAKI. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq MTN ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məlumat verib. A. Babayev bildirib ki, şübhəli şəxs qismində 13 nəfər saxlanılıb, 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdiyindən detallar açıqlanmır. İctimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək.

Hiç yorum yok: