17.01.2007

Norveçdən məktub


Abbas Atilay


17.01.2007. Salam, dostlar. Son hadisələr məni də çox üzdü, sonrakılar isə sevindirdi.Bəxtiyarı tanımasam da (nə fərqi var?) azad fikrə daş atanlara qarşıyam...Qısacası, sevindim ki, sonunda bir şəxsin azadlığı üçün yüzlərlə gənc mobilləşə bildi. Təəssüflər ki, mən sizin sıralarınızda olmadım. Amma ən azı sizin qədər dostumuzun azadlığa çıxmasına sevindim...Skandinaviyada çox maraqlı hadisələr olur: Kopenhagendə tələbə haqları uğrunda nümayiş edən tələbələrin polislər tərəfindən həbs edilməsinə Norveç, İsveçli tələbələr Kopenhagenə yığılır. Bu hadisə 3 həftə əvvəl olsa da hələ də Kopenhagen polisi vahimədədir...Danimarkalı tələbələrə Skandinaviyanın hər tərəfindən tələbə dəstəyi gəlir. Amma bunlarin içində Azərbaycanlılar yoxdur...Hamıya hədsiz enerji!

Hiç yorum yok: