17.01.2007

VHP mitinqləri dəstəkləməyəcək

17.01.2007. BAKI. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) müxalifət partiyalarının keçirəcəyi etiraz aksiyalarına qatılmaq niyyətində deyil. Bu məlumatı APA-ya partiyanın sədri Sabir Rüstəmxanlı verib. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin artırılmasına dərhal reaksiyanın verilməsinə ehtiyac var idi. Hazırda etiraz aksiyalarını gecikmiş hesab edən millət vəkili heç olmasa keçiriləcək mitinqlərin partiyaların birgə təşkil etməsini vacib sayır: “Burada hansısa siyasi tələb yox, insanların taleyi ilə bağlı məsələ olduğundan birgə aksiyalar lazımdır. Amma həmişəki kimi, yenə də bu aksiyalar nəticəsində xalqın mənafeyi baxımından nəyinsə əldə edilməsi yox, kimlərinsə özünü göstərməsi əsas məqsəddir”. S. Rüstəmxanlı aksiyalarda iştirak etmək üçün partiyaya digər təşkilatlardan təkliflərin də daxil olduğunu bildirib. Buna baxmayaraq, o, ayrı-ayrılıqda keçiriləcək aksiyalara qatılmayacaqlarını vurğulayıb.

Hiç yorum yok: