Azərbaycanın internet xətti Rusiyanın nəzarətindədir
17.01.2006. BAKI. “Gürcüstandan gələn internet xəttinin kəsilməsi nəticəsində Azərbaycanın bu şəbəkədən məhrum olacağı haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, əksinə, Gürcüstanın istifadə etdiyi internet xətlərinin çox hissəsi Azərbaycandan keçir. Ə. Abbasov yalnız kiçik bir optik xətlə Gürcüstandan Azərbaycana internet xəttinin gəldiyini söyləyib: “Azərbaycana internet xətti Rusiyadan daxil olur”.
Hiç yorum yok:
Yorum Gönder