MİNGƏÇEVİR ETİRAZ EDİR...
Bahalaşmaya qarşı aksiyada bir cəbhəçi həbs edildi
22.01.2007.Dünən AXCP-nin Mingəçevir təşkilatı enerjidaşıyıcılarının qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirilib. Aksiyada müxalifətçilər də daxil, 200 nəfərə yaxın şəhər sakini iştirak edib. Bu barədə məlumatı AXCP-nin mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu verib.
Onun sözlərinə görə, bir saat ərzində edilən səylərdən sonra etiraz tədbiri polis müdaxiləsi ilə dağıdılıb. İ.Əvəzoğlu həmçinin aksiyanın qarşısını almaq üçün Gəncədən və Yevlaxdan polis qüvvələri gətirildiyini deyib. Hadisə zamanı AXCP yerli təşkilatının sədri Süleyman Kərimov həbs edilərək polis şöbəsinə aparılıb.

Hiç yorum yok:
Yorum Gönder