Mən yenə həbsxanaya getməyə razıyam...
... əgər bu, gəncləri yenidən birləşdirəcəksə...
16.01.2007. Salam dostlar, Allah hər şeyi bilən, görən və eşidəndir. Allah ədalət məhkəmələrində ən ədalətli Hakimdir. Mənim həbsim-saxlanılmağımla bağlı göstəriş verən və prosesdə iştirak edənləri Allaha həvalə edirəm.
Əsas məsələ: mən azadlığa çıxdıqdan sonra, dünən axşam ilk dəfə e-poçtuma baxdım və ürəyim sevinc hissləri ilə doldu. Çünki son zamanlar ilk dəfə idi ki, polyarlaşmış Azərbaycan gəncliyini bir yerdə, bir yumruq kimi görürdüm və buna səbəb olduğum üçün sevinirdim, həbs zamanı keçirdiyim bütün pessimist hisslər keçib getdi.
Amma bu gun baxıram, ittihamlar səslənir, yenə qütbləşmə başlayır və s... Əgər yenə birləşəcəksinizsə, mən yenə həbsxanaya getməyə razıyam. Axı bizim nə qədər birgə həll edə biləcəyimiz problemlər var! Niyə bu birliyi davam etdirməyək sonuna qədər?
Mənim həbsimlə bağlı mənfi və müsbət hallar oldu. Mənfi hallar hamıya məlumdur və bu barədə özumə gələndə, bir az sakitləşəndə ətraflı yazacam. Amma müsbət hal odur ki, gənclərimiz mənim aqibətimdən qorxmaq əvəzinə bir yumruq kimi birləşdilər. Gənclər Nazirliyi bir dovlət strukturu kimi oz sözünü dedi, müxtəlif qütblərdə dayanan gənclər təşkilatları, ayrı-ayrı şəxslər öz əllərində olan imkanlarla kömək etməyə çalışdılar. Mən hər bir şəxsə ayrı-ayrılıqda təşəkkür edirəm, bağrıma basıram .
Özünüz də son hadisələrdən görürsünüz ki, cəmiyyətimizdə görüləsi işlər çoxdur. Azərbaycan bir çox sahədə (sşz azadlığı, demokratiya, qanunun aliliyi və s..) özünü dünyanın inkişaf etmiş ölkələrinə çatdırmalıdır. Ona görə enerjimizi gənclərarası münaqişələrə, kimin PR, kimin SIAR etməsini müəyyənləşdirməyə sərf etməkdənsə, ümumi gücü bu problemlərin həllinə yönəltsək, yaxşı olar.
Bir daha təşəkkürlər!

Hiç yorum yok:
Yorum Gönder