16.01.2007

tinsohbeti.com saytına yenə blok qoyuldu


... amma onu yeni ünvandan izləmək mümkün olacaq

16.01.2007.Bir həftə öncə Azərbaycanda yayımına blok qoyulan www.tinsohbeti.com saytı yeni ünvandan yayımını bərpa etsə də, növbəti dəfə hakimiyyətin eyni münasibəti ilə üzləşib. Belə ki, bu gün günün ikinci yarısında yenidən saytın ölkə daxilində yayımına qanunsuz şəkildə blok qoyulub.

Bir neçə gün öncə nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı kəskin bəyanatlarına baxmayaraq, yenə saytın yayılmasına qadağa qoyulub. Anoloji hal bir neçə dəfə baş verib. Saytın qurucusu Həbib Müntəzir bu dəfə də, saytı yeni ünvana köçürmək məcburiyyətində qaldıqlarını bildirdi. Hələlik isə izləyicilərinin tin söhbətlərini www.heyderizm.com ünvanından oxuya biləcəklərini dedi.

1 yorum:

Adsız dedi ki...

azadsoz.livejournal.com yeni blog