16.01.2007

Mənim qiymətimi niyə qaldırmırsınız?


Zahir Əzəmət

16.01.2007.Azərbaycanda hər şeyin qiyməti var- insandan başqa. Hər şeyin qiyməti qaldırılır, insanın yox. Bəs bizə nə zaman dəyər veriləcək? Bəs mənim qiymətim nə zaman qaldırılacaq? İnsanın bir qəpik qiyməti olmadığı Azərbaycanda hətta qatığın da qiyməti qalxdı. Bizdə nefti, pambığı, hətta Qəbələ fındığını da milli sərvət elan ediblər. İnsanı yox! Bizdə insana, onun inkişafına, onun təhsilinə, intellektinə verilən qiymət sıfırdır! Amma qatığın bir bankası 50 qəpiyə qalxdı!

Hiç yorum yok: