11.01.2007

Nəqliyyat daşımaları tarifləri yenə artacaq


11.01.2007. BAKI. Azərbaycan Nəqliyyat Nazirliyi bəzi enerji daşıyıcılarının qiymətindəki son artımla əlaqədar Gəncə, Sumqayıt və digər iri şəhərlərdə sürücülərin tələblərini nəzərə alaraq, sərnişindaşıma qiymətlərinin artırılması təklifi ilə hökumətə müraciət edəcək. Bu barədə APA-ya Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov məlumat verib.
N.Həsənovun sözlərinə görə, hazırda nazirlik bu məsələni müzakirə edir və yaxın günlərdə təkliflər hökumətə təqdim olunacaq.
Nazirlik rəsmisi enerji daşıyıcıların qiymətindəki artımla əlaqədar dəmir yolunda və digər nəqliyyat növlərində daşıma qiymətlərinə yenidən baxılmasını da istisna etməyib.

1 yorum:

AKSİYA dedi ki...

Dogrudan? Bomba kimi partlayacaq!