Tragİroniya
anti-mütəxəssis rəyi
24.01.2007. Bu nədir mən başa düşmürəm, elə hər yetən qiymətlərin artmasından, bahalaşmadan inflayasiyadan şikayət edir, bunların əhalinin maddi vəziyyətinə ağır zərbə vurduğunu vurğulayır, hökumətimizi ittiham edirlər. Cəmaət, bu təxribatdır, belə söhbətlərə uymayın, sizə doğru məlumat vermirlər, bununla da iğtişaş yaratmaq istəyirlər. Bəzi “ağıllılar” bu cür söhbətlərilə məmurla – xalqın arasını vurmaq istəyirlər, qoymurlar mehriban və dostluq şəraitində yaşasınlar. Əzizlərim, belə bədxahların sözlərinə aldanıb hirslənməyin, narahat olmayın, etiraz etməyin, bədbinliyə qapılmağa dəyməz. İndi Sizə bütün həqiqətləri riyazi dəqiqiliklə deyəcəyəm, onda başa düşəcəksiniz ki, bu hökumət xalqı necə də çox sevir və istəmir ki, Azərbaycanlı hansısa Avropalıdan əksik olsun, geridə qalsın.
Gəlin hesablayaq, maaşlarınız nə qədər artıb. 15 %, 20 %, bəzilərinizdə 30 %, düzdür?! Bəs ay balam, bu cür nəhəng rəqəmlərin yanında yanacaq ve enerjinin, suyun (onlarala bərabər gələcək digər bütün məhsulların) artımındakı bu sısqa rəqəmlər nədir ki!? Elektrik enerjisi nə qədər qalxıb, 3-cə dəfə, benzin 1,5 dəfə, su 2-cə dəfə və s digərləri də buna oxşayır. Aydın oldu da sizə, bu kiçicik qiymət artımı sizə heç bir mənfi təsir göstərməyəcək, əksinə inkişafa aparacaq.
Və yaxud, ölkəmizdə minimal əmək haqqı nə qədərdir, 200.000 AZM, 250.000 AZM. siz bir rəqəmlərdəki sıfırların sayına baxın. Nə Avropa ölkələriində, nə də o təriflədiyiniz Amerikada da heç kim yanında bu qədər sıfır olan rəqəmlə maaş almır. Belə olkələrdə maksimum olsun 5000-10.000 dollar və ya avro maaş alarlar. Mən heç nə demirəm adi riyaziyyatdır, 5-ci sinif rəqəmləri, asanlıqla özünüz müqayisə edin. Görün heç hansısa bir amerikalı öz hökumətinə şikayət edir ki, niyə Azərbaycanda bu qədər (200.000 AZM) maaş alırlar, bizsə 3000-4000 dollarla birtəhər keçinməli oluruq.
Bir də ki, bu enerjinin özünün və daşıyıcılarının qiymətinin bahalaşması bizim xeyrimizə idi. Çünki xarici dövlətlər, xüsusilə də İnkişaf Etmiş Ölkələr bizə gülürdülər, bizi ələ salırdılar. Düz də deyirdilər! Baxın da əzizlərin. Nəyimiz onlardan əksikdir ki, əhalinin yaşayış səviyyəsi onlara bərabər, İqtisadiyyatımız onlardan da sürətli və dinamik inkişaf edir, təhsilimiz və səhiyyəmiz tamamilə dünya standartlarına uyğun, şəhər və kənd əhalisi bərabər səviyyədə dolanır, yollarımız və nəqliyyat sistemimiz standartları aşıb, xalqın rifahı avropada olduğu kimi günü–gündən yaxşılaşır... Bütün bunların yanında bizim yeganə əksiyimiz o idi ki, bizdə qiymətlər o ölkələrdə olduğundan ucuz idi, onların yanında lap rüsvay olurduq. Çox sağ olsun ki, hökumətimiz bundan da çıxış yolu tapdı, və qiymətləri standartlara çatdırdı. Daha bu Avropalılar bizi lağa qoya bilməyəcəklər.
Nahaq yerə etiraz edib nə özünüzü, nə də “bizi qoruyan polis əmiləri” əziyyətə salmayın. Baxın görün bu “İSLAHATIN” nə qədər xeyri var. Məsələn, benzin bahalaşıb, maşına minmə, piyada və ya velosipedlə get. Həm cana xeyri var, həm tıxaca düşməzsən, marşruta verəcəyin pul da cibində qalar. İşıq bahalaşıb, işıqdan az istifadə edin, bütün elektrik cihazlarını söndürün. Soyuducunu – onsuz da içi boşdur, televizoru – onsuz da əttökən və bayağı verilişlər verirlər, paltaryuyanı olan varsa satsın, əllə yusun, kondisionerdən heç istifadə etməyin – ziyandır, qızdırıcı işlədirsiniz – nəyə lazımdır axı, evdə futboldan zaddan oynayın qızışın, dərs və ya kitab oxumaq lazımdır – nəyə lazımdır axı, oxuyanlarımız nə qazanıb ki? Və s bu kimi çox faydalı cəhətlər var ki, ümid edirəm onları özünüz də fikirləşsəniz taparsınız, “ən orijinal ideyalar” həmişə bizlərdən çıxıb.
Bax gördünüz də, hər şey bizim xeyrimizədir, və birdəfəlik başa düşün ki, hökumətimiz və məmurlarımız nə edirsə, hamısı xalqın xeyrinədir, xalqa canları yandığı üçün hətta hərdən öz gəlirlərini də nəzərə almadan xalqın xeyrinə “radikal” qərar verirlər. Etiraz etməkdənsə, gedib alternativ yaşayış vasitələri axtaraq.

Hiç yorum yok:
Yorum Gönder