28.01.2007

Xalq Müsavatın mitinqinə niyə dəstək vermədi?




AKSİYAner




28.01.2007




Sadəcə, səbəblərdən bir neçəsi:


1. Mitinq gec keçirildi. Buna qədər artıq ehtiraslar soyumuş, elə İsa Qəmbərin mətbuata verdiyi müsahibə dediyi kimi, «hakimiyyət də müəyyən önləyici addımlar atmışdı».
2. Mtinqin səbəbləri qədərindən artıq aydın izah edilməmiş, əksinə, bilərəkdənmi, bilməyərəkdənmi, bu səbəblər xeyli dolaşıq və qaranlıq izah olunurdu. İsa Qəmbərdən sitat: «Mitinqə qoşulmaqla xalq qarşıdan gözlənilən növbəti bahalaşma dalğasının qarşısını ala bilər…» Bu, o demək idi ki, başqan artıq bahalaşmanın ilk dalğası ilə psixoloji baxımdan barışmışdı və mitinqin hökümətin qərarına təsir edə biləcəyinə inanmırdı. Bu inamsızlıq narazı kütləyə də sızdı.
3. Müsavat başqanı mitinq «siyasi yox, sosial etiraz aksiyasıdır» deməklə, praktiki olaraq hakimiyyətdən narazı olan siyasi çoxluğu tərəddüd qarşısında qoydu.
4. Ən əsası, Müsavat yenə də ənənvəi etiraz yolunu- mitinq taktikasını seçmişdi. 88-dən üzü bəri yeri gəldi-gəlmədi kullanılan bu taktika artıq bıkdırıcı xarakter almağa başlayıb…

Hiç yorum yok: