1.02.2007

"Yeni Müsavat" Ramiz Mehdiyevi Mələk elan etdi


01.02.2007.Yeni Müsavatın bu günkü sayında rüsvayçı bir yazı çıxıb. Yazının başlığı belədir: "RAMİZ MEHDİYEV VƏZİFƏDƏN GETSƏ, NƏ BAŞ VERƏR?"
Başlığın ardınca isə Rauf Arifoğlu öz fikrini "anonim rəyçi" adıyla sırımağa başlayıb: “İynə vuranlardan, kokain iyləyənlərdən, psixopatlardan biri gəlib oturacaq onun postunda...”
Amma həyasızlıq bununla da bitmir. Yazının təkcə son abzasına diqqət yetirmək kifayyətdir ki, Rauf Arifoğlunun və "Yeni Müsavat"ın iç üzünü anlayasan: "“Ramiz Mehdiyev totalitar təfəkkür daşıyıcısı olsa da, sistem və dövlət tərbiyəsi görmüş azsaylı kadrlardandır. O getsə iynə vuranlardan, kokain iyləyənlərdən, psixopatlardan biri gəlib oturacaq həmin yerdə və durum daha da acınacaqlı olacaq. İnanın ki, rejim daxilində belələri az deyil və onlara baxanda “Kardinal” Mehdiyev mələk kimi bir şeydir...”
Bununla da uzun müddətdən bəri ortalıqda dolaşan qeyri-rəsmi söz-söhbətlər öz təsdiqini tapdı: Rauf Arifoğlu artıq Müsavata və İsa Qəmbərə deyil, Ramiz Mehdiyev-Ramil Usubov cütlüyünə xidmət edir. Qeyd edək ki, daxili işlər nazirinin də Rauf Arifoğluna CEEP markalı avtomobil (70 min dollar dəyərində) bağışladığı bildirilir.
Əlavə olaraq sizə Ramiz Mehdiyevin satın aldığı digər qəzetlərin də siyahısını təqdim edirik:
1. "Bakı-Xəbər"
2. "Azadlıq"
3. "Hürriyət"

Hiç yorum yok: