1.02.2007

QƏRBİ AZƏRBAYCANLILAR DA QİYMƏT ARTIMINA “YOX” DEYİR

01.02.2007. Tarif Şurasının enerjidaşıyıcılarının qiymətlərini və gediş haqlarını artırması Qərbi Azərbaycana (Ermənistana) “Qayıdış” birliyinin də kəskin etirazına səbəb olub. Qurumun Ali Məclisinin sonuncu toplantısında bəyan olunub ki, bu qərar Ermənistan qaçqınlarının həyat səviyyəsinə kəskin təsir göstərib.Toplantıda hökumətin Ermənistan qaçqınlarının güzəşt və imtiyazlarının bərpa etməməsi sərt şəkildə pislənilib. Qurum üzvləri bunu Ermənistan qaçqınlarına qarşı ayrı-seçkilik və ədalətsizliyin əlaməti kimi qiymətləndiriblər. Eyni zamanda qaçqınların statusu və güzəştlərinin bərpası üçün gələcəkdə atılacaq addımlar müzakirə olunub. Bu zaman hökumətə sual ünvanlanıb: “Əgər Azərbaycanda Ermənistandan qaçqın yoxdursa, Azərbaycan tərəfi Ermənistana hansı iddialar irəli sürə bilər?”Qeyd edək ki, dünənki toplantıda birliyin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı addımlar atılıb. Təşkilatın Ali Məclisi formalaşıb və Faiq Həsənli quruma sədr seçilib.

Hiç yorum yok: