Şimal bölgəsi işıqsız qalıb
01.02.2007. Yanvarın 30-dan 31-nə keçən gecə şimal bölgəsində hava şəraiti kəskin pisləşib. Bölgəyə sulu qar və qar yağıb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qar daha intensiv yağıb. Nəticədə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb. Qusarın Şirvanovka, Zeyxur, Qubanın Rustov, Püstə-Qasım, Barlı, Amsar, Xaçmazın Seyidlər, Aşağı Zeyid, Çinartala, Qıraqlı və digər kəndlərinə elektrik enerjisinin ötürülməsindəki fasilələr artıb. Eyni zamanda əhaliyə verilən təbii qazın həcmi də əvvəlki günlərə nisbətən azalıb. Bölgə rəsmiləri isə APA-ya bildiriblər ki, kəskin hava şəraiti ilə bağlı bəzi yaşayış məntəqələrində müvəqqəti problemlər yaransa da, bunlar operativ şəkildə aradan qaldırılır
Hiç yorum yok:
Yorum Gönder