CƏLİLABADDA ETİRAZ AKSİYASI
30.01.2007. Tarif Şurasının qərarına etiraz olaraq bölgələrdə aksiyalar davam etməkdədir. Nöbəti belə aksiya Cəliliabad rayonunda keçirilib. Azərbaycan Yolu Siyasi Hərəkatının Cəlilabad rayon təşkilatının yanvarın 30-da saat 12:00-da keçirdiyi aksiyaya 40-a yaxın insan qatılıb.
Rayonun «Mərkəzi Park» deyilən ərazsində baş tutan etiraz piketində iştirakçılar «Qiymətlər əvvəlki həddinə qaytarılsın», «Bahalaşmaya son qoyulsun» şüarları səsləndiriblər və iqtidarın səriştəsiz siyasəti nəticəsində ölkənin ağır sosial-iqtisadi fəlakətə yuvarlandığını bildiriblər. Polisin etiraz piketini dağıtmasına baxmayaraq, AYSH Cəlilabad rayon təşkilatının üzvləri aksiyaya qoşulan yerli sakinlərə müraciətlər paylayıblar. Müraciətdə prezidentin mövcüd fərmanı ilə fevralın 1-dən etibarən maaşların 25 faiz qaldırılmasının bahlaşma qarşısında çox az olduğu və əhalinin yoxsul təbəqəsinin vəziyyətinin daha da ağırlaşdığı qeyd olunub. Sənəd də regionlarada işsizliyin baş alıb getdiyi və əhalinin hətta günəmuzd iş tapa bilmədiklərinə görə ölkəni tərk etmək məcburiyyətində qaldığı bildirilib. Müraciət müəllifləri yoxsul əhalini öz taleylərinə biganə qalamamağa və etiraz səsini ucultmatı çağırıblar.
Hiç yorum yok:
Yorum Gönder