9.02.2007

Daha bir etiraz blogu yarandı

09.02.2007. Özlərini tin uşaqları kimi təqdim edən və bir neçə yahoo-qrupa moderatorluq etdiklərini söyləyən gənc internet məkanında yeni etiraz blogu yaradıblar.
"Aksiya"nın elektron ünvanına daxil olan məktubda blogun "Tam Məxfi" adlandırıldığı və Fransadan idarə olunduğu bildirilir.
Məktubda o da bildirilir ki, tezliklə blogda maraqlı ifçaedici materiallar təqdim olunacaq.
Bundan əlavə blogun türk və ingilisdilli variantları üzərində də iş getdiyi söylənilir.
Hazırda blogda müxtəlif qəzetlərdən götürülən materiallar və qrupun öz xəbərləri yerləşdirilib.

Hiç yorum yok: