Azərbaycan ziyalısının sifəti
SEYMUR BAYCAN
seymurbaycan@gmail.com
seymurbaycan@gmail.com
«Suda batan ilana sarılar»
Türk atalar sözü
Bu yazının yazılmasını şərtləndirən bir neçə amil var. Məsələn, bayramdan əvvəl işıq üzü görmüş «10 tanınmış adam İlham Əliyevə qarşı» yazısında Şahvələd Çobanoğlu buyurur: «Təsəvvür edin, 10 tanınmış adam, tutaq ki, Bəxtiyar Vahabzadə, Əkrəm Əylisli, Anar, Nurəddin Rzayev, Tofiq Hacıyev, Süleyman Əliyarov, Rüstəm İbrahimbəyov, Sabir Azəri, Bəkir Nəbiyev, Əhliman Əmiraslanov günün birində birgə bəyanatla çıxış edib İlham Əliyevə tələb irəli sürürlər. Ya ölkədən korrupsiyanı və qanunsuzluğu yığışdır, ya da istefa ver».
İlahi, nə böyük sadəlövhlük, illüziya, xoşniyyətli avantüra var bu cümlələrdə. Sabir Azərini qoyaq kənara. O, kişiylə işim yox. Tam səmimi deyirəm, Nurəddin Rzayev «çujoy poxmel» bu siyahıya düşüb. Tofiq Hacıyev ötənlərdə Gülağa Tənha haqqında adına yaraşmayan elə bir saxta yazı yazmışdı ki, oxuyanda xəcalət təri tökdüm.
Anar Cəbhə hakimiyyəti dövründə acıq edib Türkiyəyə getmişdi. Afaq Məsud tez «Qayıt, Anar» adlı janrı naməlum yazıyla Anarı vətənə səslədi. Anar qayıtdı və Heydər Əliyev haqqında «Qalib gəldi, qalib getdi» adında möhtəşəm, sürüşkən bir esse qələmə aldı. Bu adama çox cümlə sərf etməyəcəyik. Marağın itirib, zatən özü-özünü hara qədər desən öldürüb, gözdən salıb.
Təbii, Şahvələd bəyin siyahısında mənim üçün ən çox maraq kəsb edən adam akademik Bəkir Nəbiyevdir. Həqiqətən Bəkir müəllim həddən ziyadə, təsəvvür edilə bilməyəcək dərəcədə unikal bir şəxsiyyətdir, fikrimi daha dəqiq ifadə etsəm, əsl Azərbaycan ziyalısıdır. İnanın, heç üzgörənlik-filan etmirəm. Bəkir müəllimi siyahıdakı digər Azərbaycan ziyalılarından bunca fərqləndirməyin mütləq bir səbəbi var.
Deməli, dostlar, Rəfiq Zəka Xəndanın xatirə gecəsində çox xatirələr səslənir, xoş sözlər söylənir, arzular dilə gəlir. İspanlar deyir ki, mərhum haqqında ya xoş sözlər danışmalısan, ya da susmalısan. Bu qanuna vətənimizdə keçirilən xatirə gecələrində çox dəqiqliklə ciddi riayət olunur.
Mövzudan uzaqlaşmayaq. Xatirə gecəsində söz verilir akademik, ziyalı Bəkir Nəbiyevə. Ziyalı qalxır səhnəyə (mən bu kadrlara «Space» kanalında baxmışam) və gözəl nitq irad edir. Azərbaycan ziyalısının nəyi də olmasa, yaxşı qazı, pafosu var. Allah sovet hakimiyyətini dağıdanın evini yıxsın. Meymundan adam düzəldirdi.
Bəli, Bəkir müəllim səhnəyə qalxıb dedi ki, «Rəfiq Zəka Xəndan hələ orta məktəbdə oxuyanda türkçülüyü təbliğ edirdi. O vaxtlar bir adam «Süleyman Rəhimovun əsərlərində türk işğalçılarının ifşası» adlı məqalə yazıb «Azərbaycan» jurnalında dərc etdirmişdi. Yəni Rəfiq Zəka Xəndan hələ orta məktəbdə oxuya-oxuya türkçülüyü təbliğ etdiyi halda, kimsə türkçülüyü söyməklə özünə titul, balasına çörək qazanırdı».
Əvət, arkadaşlar, bizim yaradıcı, qardaşım və qələm dostum Zaminin təbirincə desəm, dağıdıcı gənclərimizi «Süleyman Rəhimovun əsərlərində türk işğalçılarının ifşası» adlı məqalənin müəllifinin kim olması, məqaləni kimin yazması çox maraqlandırır. Ölmürlər intriqa üçün?! Azərbaycan balaca ölkədir. Qısa araşdırmadan sonra məlum olur ki, «Süleyman Rəhimovun əsərlərində türk işğalçılarının ifşası» adlı məqalənin müəllifi elə Bəkir Nəbiyevin özüdür. İndi gördünüzmü ki, Bəkir müəllim necə unikal şəxsiyyət, sözün həqiqi mənasında əsl Azərbaycan ziyalısıdır?!
Bu unikal şəxsiyyətin özündən də unikal məqaləsi sizin üçün maraqlıdırsa, «9 iqlim» jurnalında oxuya bilərsiniz. Yaxud Süleyman Rəhimovun oğlu Şamo Arifə müraciət edin.
O ki qaldı Şahvələd bəyin siyahısındakı ağsaqqal şairimiz Bəxtiyar Vahabzadəyə, qardaş, hər şey gün kimi aydındır. Bir neçə gün əvvəl keçmiş Basin, səhv etmirəmsə, indiki Füzuli küçəsində divarda böyük hərflərlə iki misra oxudum:
«ŞAM ƏGƏR YANMIRSA,
DEMƏK DEPUTAT SEÇİLİB».
Keçmiş bayramınız mübarək.

Hiç yorum yok:
Yorum Gönder