6.03.2007

Dalğadan Danimarkalı tələbələrə dəstək aksiyası


“Dalğa” Gənclər Hərəkatı Danimarka hökumətinin tələbələrə qarşı münasibəti ilə bağlı beynəlxalq təşkilatların Bakı ofisləri qarşısında piket keçirib “Dalğa” Gənclər Hərəkatı Danimarka hökumətinin tələbələrə qarşı münasibəti ilə bağlı Avropa Birliyi, Avropa Şurası və ATƏT-in Bakı ofislərinin binaları qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları öncə Avropa Birliyinin Bakı ofisinin binası qarşısında öz etirazlarını bildiriblər. Aksiya zamanı hərəkat üzvləri Danimarka hökumətindən tələbələrin hüquqlarını bərpa etməyi tələb ediblər və adı çəkilən qurumları bu ölkədə baş verənlərin qarşısını almağa çağırıblar. Sonra piket iştirakçıları Avropa Şurasının və ATƏT-in binaları qarşısına qədər yürüş keçiriblər. Piket iştirakçıları aksiyanın bəyanatını hər üç qurumun ofislərinə təqdim ediblər. Aksiya bitdikdən sonra hadisə yerinə gələn Səbayel Rayon Polis İdarəsinin əməkdaşları piket iştirakçılarından 7 nəfərini saxlayaraq, 9-cu polis bölməsinə aparıb. Polis bölməsində bir neçə saat saxlanılan piket iştirakçılarından izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Hiç yorum yok: