Bahalaşan qəzetlərin satış göstəriciləri hələ bilinmir
12.01.2007. Son bahalaşma qovğasında haqqında ən çox danışılan məsələlərdən biri də qəzetlərin satış qiymətinin artıb-armayacağıdır. Aparıcı qəzetlərin redaktorları bu haqda anonslar versələr də, hələlik qiymət artımına getməyiblər. Bu yöndə müzakirələr davam edir.
İctimai müzakirə açmadan elə ilin ilk nömrəsindən qiyməti qaldırmış qəzetlər də var. «Exo» və «Ayna»-«Zerkalo» qəzetləri üç gündür əvvəlkindən 10 qəpik baha - 30 qəpiyə satılır. Qiymət artımının bu qəzetlərin satışına mənfi təsir göstərib-göstərmədiyini öyrənmək üçün
redaksiyalarla əlaqə saxladıq.
«Ayna»- «Zerkalo»nun baş redaktor müavini Rövşən Şıxlı «Media forum» saytına bildirib ki, bu barədə danışmaq hələ tezdir: «Bu statistikanı əldə etmək üçün ayın sonunu gözləmək lazımdır. Mətbuat yayım firmalarından verilən yekun hesabatlar əsasında oxucu itirib-itirməyəcəyimizi biləcəyik».
Eyni fikri «Exo» qəzetinin redaktor müavini Nair Əliyev də bildirib. O da ayın sonunu gözləməyi məsləhət görüb.
Hiç yorum yok:
Yorum Gönder