İLHAM ƏLİYEVDƏN SENSASİON BƏYANAT
«Qiymətlərin qaldırılması biabırçılıqdır, mən Tarif Şurasını cəzalandıracağam»
12.01.2007. "Prezident Tarif Şurasının qərarının ləğv ediləcəyini bəyan edib". Bu barədə "Gündəlik Azərbaycan" qəzeti bu günki sayında xəbər verir. Xəbəri sizə təqdim edirik: "İlham Əliyev dünən İsveçrədə xarici jurnalistlərə verdiyi açıqlamada Tarif Şurasının qərarını ləğv edəcəyini bəyan edib: «Azərbaycanda qiymətlərin qaldırılması biabırçılıqdır. Mənim bundan xəbərim yoxdur. Azərbaycana qayıdan kimi mən bu məsələ ilə ciddi şəkildə məşğul olacaq və Tarif Şurasının üzvlərini cəzalandıracağam».
Xəbərin dəqiqliyini yoxlamaq üçün hökumətdəki bəzi qaynaqlara müraciət etdik. Bir çox etibarlı qaynaqlar onun doğruluğunu təsdiq etdi.
Ölkədə aşkar bir gərginlik və qeyri-müəyyənlik var. Hamı yanvarın 2-dən məzuniyyətdə olan dövlət başçısı İlham Əliyevin məsələyə münasibətini gözləyirdi. Dövlət başçısının yanvarın 6-dan bəri qiymətlərin kəskin artırılmasına heç bir münasibət bildirməməsi də cəmiyyətdə qeyri-müəyyənlik, hətta hiddət yaradıb. Xatırladaq ki, İlham Əliyev qiymətlərin artırılması qərarından bir neçə gün əvvəl məzuniyyətə çıxıb və hazırda Alp dağlarındakı qış kurortlarından birində istirahət edir. Məlumatlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, dövlət başçısı Azərbaycana yanvarın 17-də qayıdacaq.
Eyni zamanda çoxlarında belə ümidlər də var idi ki, İlham Əliyev bu məsələyə bir münasibət açıqlayacaq. Bəziləri qiymət artımının bir siyasi texnologiya olduğunu düşünürdü. Bəziləri hesab edir ki, hakimiyyət xalqın ciddi narazılığını görüb geri çəkildi.
Bir şeyi də başa düşmək olmur: ABU-oliqarxiyanın sahibi Heydər Babayev baş verənləri nə ilə izah edəcək?"
Hiç yorum yok:
Yorum Gönder