16.01.2007

Bizə yazırlar


Oxucudan:

Ölmüş telekanallar


16.01.2007. Başqa vaxt olsaydı, “Lider”in və bu tip kanalların (AzTV, İTV, SPACE,) efirindən hakimiyyətin siyasətinə “sabun”lanan vətəndaşların ağız dolu tərifləri eşidilərdi. Amma bu dəfə olmadı. Nədənsə indi mən sabunlanan vətəndaşları görmürəm televizilayarda. Qiymət artandan sonra deyəsən mikrob ölən kimi ölüblər. Y da sabun da bahalaşıb. Hərəsi sakitcə çəkilib öz yuvasına və ordan da baş verənləri qoyun aptekə baxan kimi izləyirlər. Bəs nə oldu? Bağ belə-bostan belə deyən vətəndaşlar, hardasınız? Çıxın da efirə! Çıxın! Çıxın da! Onsuz da telekanallar qiymət artımını tərifləyən adamları axtarır. Doğurdan, mənə də maraqlıdır, görəsən hardadır “TORBA və TÜLKÜ”Gənclər hərəkatının gənc üzvləri? Hardadır hərbi bilet alıb Qarabağdan dəm vuran kişilərimiz ? Hardadır 15 şirvana ailə dolandırıb, səsini çıxartmayan ailə başçıları? Hardadır məktəbdə YAP-ın üzvü olan, fond pulu yığan “elm” adamları? Hardadır Hippokrat andı (indi H.Əliyev) içmiş, yekə cibli ağ xalatlar geyinən həkimlər? Hardadır təqaüdçülər?
Televiziyalar isə başımızı qatırlar. “Yeni ULDUZ”, “Qəfəs”, “Akademiya”, “De Gəlsin (Ver gəlsin)” və başqa verilişlər açmaqla, milləti yuxuya verirlər. İnanın, əgər görsələr ki, aha, millət ayağa qalxıb küçələrə, meydanlr axışır, onda televiziyalar vasitəsi ilə porno kinolar da verərlər ki, qoy millət evdə oturub, baxaraq kef eləsin. Təki sakitçilik olsun!
Təki “sabitlik” olsun!

Hiç yorum yok: