16.01.2007

Heydər Babayev bahalaşmanı islahat adlandırır


16.01.2007.Tarif Şurasın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev AzərTAc-a müsahibə verib. H.Babayev müsahibəsində bahalaşmanı islahat adlandırıb. "Tarif Şurasının son qərarları ölkədə aparılan iqtisadi islahatların, o cümlədən kommunal sektorda həyata keçirilən islahatların davamıdır." H.Babayev bhalaşmanın sifarişinin hansı qurumdan gəldiyinə də aydınlıq gətirib: "Nazirlər Kabinetinin respublikanın daxili bazarının neft məhsullarına artan tələbatının və satışından dövlət büdcəsinə daxilolmaların tənzimlənməsi ilə bağlı neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi barədə qərarına və Dövlət Neft Şirkətinin təkliflərinə müvafiq olaraq, təhlil və hesablamalar aparılmış, daxili qiymətlərin dünya bazarı qiymətlərinə uyğunlaşdırılmasının zəruriliyi nəzərə alınaraq qərar qəbul olunmuşdur."
Nazir daha da irəli gedərək, bahalaşma nəticəsində əhalidən qoparılcaq 200 milyon manat vəsaitin "ARDNŞ-in maliyyə fəaliyyətinin sağlamlaşdırılması"na xidmət edəcəyini vurğulayıb.

Hiç yorum yok: