Hər kəsə salamlar!
Ramin Hacılı
15.01.2007. Düşünürəm ki, bu gün biz gənclər (yaltaq olmayan siyasiləşməmiş, yeni düşüncəli) qalib gəldik! Birinci, Bəxtiyar Hacıyevi hüquqi dövlətdə əgər tutublarsa, hansısa hərəkatın xahişi və ya dövlət məmurunun tapşırığı ilə azad etməməli idilər. Deməli, biz düz deyirik: hüquqi dövlətdə yaşamırıq! İkinci, gəlin razılaşaq ki, əgər belə olubsa, onda kim məsuliyyət daşıyır? Qeyri-qanuni həbsə görə maddi və mənəvi ziyana görə kim cəzalandırıldı və bu kompensasiyanı kim ödəyəcək? Üçüncü, 16 yanvar saat 14.00-da bizim Beynəlxalq Mətbuat Mərkəzində keçirmək istədiyimiz mətbuat konfransının baş tutmasına kim imkan vermədi? Bəlkə biz Müsavatdan, AXCP-dən daha radikal, daha qorxulu qüvvəyik? Xahiş edirəm, mən həbs olunanda hər kəs özünü reklam, yəni məni müdafiə etsin. Əgər nazirlik məni azad edəcəksə, mən indidən bununla razılaşmayacağımı bildirirəm. Biz sifarişli azadlıqlar uğrunda mübarizə aparmırıq! Hansı məntiqə sığır ki, mənim Bəxtiyar Hacıyevi qandaldan xilas etməyə çalışmağım sevimli dostları qıcıqlandırsın? Əgər biz eyni dəyərlərin mübarizəsini aparırıqsa, konkret Bəxtiyarın azadlığı uğrunda çalışırıqsa, məntiqlə fikirlərimiz də üst-üstə düşməliydi. Yoxsa buna başqa don geyindirməyin mənası nədir? Sonda qeyd edim ki, heç bir yerdə «İrəli» Hərəkatını və onun üzvlərini özümə düşmən hesab edib, hansısa işlərini qaralamağa çalışmamışam. Bu günə qədər heç bir Dalğaçı, nə də indi mənim çalışdığım DİP Gənclər Təşkilatının üzvü belə bir cəhddə bulunmayıb. Amma əvəzində hər fürsətdə bizə qarşı kompleks hücumların şahidi olmuşuq. Axı niyə biz gənclər hansısa kaftar sürüsünün sifarişi ilə bir-birimizə çamur atmalıyıq? Sayğılarla, Ramin Hacılı Bəxtiyar Hacıyevin Hüquqlarının daimi müdafiəçisi (Fərhad Hacıyevin qulağından iraq!)
Hiç yorum yok:
Yorum Gönder