İLHAM ƏLİYEV BU GÜN ÖLKƏYƏ QAYIDIR
Onun verəcəyi açıqlamalara diqqət böyükdür
16.01.2007.Bu gun dövlət başçısı İlham Əliyev ölkəyə qayıdır. Bu barədə qəzetimizə hakimiyyətə yaxın mənbələrdən məlumat verilib. Xatırladaq ki, İ.Əliyev yeni ilin ilk günlərindən ənənəvi «qısa müddətli məzuniyyət»ə gedib. Ancaq onun istirahət məqsədi ilə hansı ölkəyə getdiyi rəsmən açıqlanmayıb.
Onu da qeyd edək ki, prezidentin iş başında olmadığı iki həftədə ölkədə olduqca önəmli hadisələr baş verib, proseslər başlayıb. Ayrıca Tarif Şurasının qərarı ilə aparılan bahalaşma ölkədə ajiotaj yaradıb. Ona görə də İlham Əliyevin bu gün, yaxud sabah media qarşısına çıxıb hansı açıqlama verəcəyini bütün xalq səbirsizliklə gözləyir.
Hiç yorum yok:
Yorum Gönder