12.01.2007

Metropoliten qiymətləri qaldırmaq üçün Tarif Şurasına müraciət etməyəcək


12.01.2007. BAKI. Bakı Metropoliteni metroda sərnişindaşıma tariflərinin artırılması məqsədilə Tarif Şurasına müraciət etmək niyyətində deyil. Bunu APA-ya açıqlamasında metropolitenin rəisi Tağı Əhmədov deyib: «Biz Tarif Şurasına müraciət etməmişik və etməyəcəyik. Şura özü qiymətləri necə müəyyənləşdirsə, biz də sərnişinləri həmin tariflə daşıyacağıq».
T.Əhmədov həmçinin vurğulayıb ki, indiyədək metropoliten tariflərin artırılması üçün hökumət qarşısında dəfələrlə çıxış etsə də, təklifləri qəbul edilməyib.
Qeyd edək ki, bəzi məlumatlara görə, Bakı Metropoliteni metroda gediş haqqının hazırkı 5 qəpikdən 15 qəpik səviyyəsinədək artırılması üçün Tarif Şurasına müraciət edib.
Müqayisə üçün bildirək ki, Bakı Metropoliteni mütəxəssislərinin hesablamalarına əsasən, hazırda bir sərnişinin daşınması müəssisəyə 35 qəpiyə başa gəlir.

Hiç yorum yok: