AZƏRBAYCAN PULUNUN ÜZƏRİNDƏ ŞEYTAN SİMVOLU VAR?
12.02.2007. Azərbaycanın yeni əsginaslarından birinin - 20 manatlığın üzərində şeytanın simvolu əks olunub. Bu haqda iddianı “Azadlıq” qəzeti qələmə alıb. İddiaya görə, pulun arxa tərəfində ilan şəkli əks olunub ki, bu da insanların qəlbi uğrunda Allahla mübarizə aparan şeytanın simvoludur. Yazıda ilana bənzədilən işarənin üzərindəki naxışların xüsusən şübhələrə səbəb olduğu qeyd olunur.Bu naxışların sayı isə bir tərəfdən 9, digərində isə 6 olmaqla 15-dir.Məqalədə mason emblemlərinin bir sıra dövlətlərin atributlarında öz əksini tapdığı xatırladılır. Qeyd olunur ki, “Böyük İlgək” masonlarının simvolu da məhz Yer kürəsinin ətrafına sarınmış ilandır. Başqa bir xaça sarınmış ilan isə isə XIX əsrdə mövcud olmuş Teosofiya cəmiyyətinin simvolu olub. Həmçinin bolşeviklərin simvolu olan beşgüşəli ulduzun yəhudi mənşəli Trotski tərəfindən qəbul edilməsinin də təsadüfi olmadığı qeyd olunur. Oraq və çəkic də mason simvolikası hesab olunur.Yazıda habelə xristian ortodokslarının avronun üzərində beşgüşəli ulduzun təsvir edilməsinin də mason əməllərinin nəticəsi hesab etdikləri qeyd olunur və vurğulanır ki, Azərbaycan manatının eskizlərini hazırlayan Avstriya rəssamı Robert Kallina həm də avronun dizayneridir.Qeyd edək ki, Milli Bankdan manatın üzərində şübhə doğuran həmin işarənin güc-qüvvət rəmzi olan qalxan olduğu bildirilib.
Hiç yorum yok:
Yorum Gönder